Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda hektarlarla əkin sahələri su altında qaldı 

Cənub bölgəsində aramsız yağan yağış Masallı rayonun Təklə kəndinin əkin sahələrində də problemlər yaradıb

Kənd sakinlərinin bildirdiyinə görə, hər il sel suları nəticəsində ziyana düşürlər. Bu haqda “Azadlıq” radiosunun regional müxbiri xəbər verir.

Sakinlərdən Səmədağa Həsənov bu il də eyni problemlərlə üzləşdiklərini deyir: “Günlərdir çay daşıb, örüş yerlərini su basıb. Əhali inəklərini 4 gün bağlı halda saxladılar. Yuxarıda “Ağ daş” deyilən su anbarı var. Deyirlər ki, anbarın suyunu çaya buraxıblar. Həmin anbarda normadan artıq su olanda onu çaya axıdırlar. Burdan da fasiləsiz yağan yağış işləri çətinləşdirib. Masallı rayonun su-kanal idarəsinin məsul işçisi gəlmişdi. Biz etiraz etdik. Arpa və kartof sahələri, örüş yerləri günlərlə su altında qaldı. Mənim su altında 1 hektar buğda sahəm var. Qonşumun da 1 hektarı var. Hərə əkib, xərc çəkilib. Əkinə son qəpiyimizi qoymuşuq. Əkin 5 gün su altında qalandan sonra zay olur.”

Kəndin digər sakini Mütəllim Zeynalov isə deyir ki, su əkin sahələrini basmışdı. Son günlər bir az çəkilib, ancaq vəziyyət ağır olaraq qalır.

“Məsələni həll etmək olardı.Çayı vaxtında təmizləmək lazım idi. Amma indi heç bir texnika ora girə bilməz. Gözləməkdən başqa çarə yoxdur.Vaxtında tədbirlər görülsəydi belə də olmazdı. Su anbarı da normadan artıq su buraxmamalıdır. Çayın tutumu var. Su artıq olanda daşır” -sakin deyir.

Onun fikrincə su altında qalan sahələrin məhsulu yaxşı olmayacaq: “Bu il məhsul çətin ki, yaxşı olsun.Çəkilən xərclər suda batdı…”

Kəndin başqa bir sakini Məmmədağa Yaşarov problemin həll olunacağına inamsızdır: “Dörd hektar əkin yerim var.Onun 1,5 hektarında kartof əkmişəm. Buğda da əkmişəm. Məhsulun olması sual altındadır. Belə getsə dəmir yolun yanından keçən çay da partlayacaq. Su daşandan sonra nə iş görə bilərlər ki?”

Kənd sakini Fayıq Cəfərov da eyni məsələdən gileylidir: “1 hektar kartof, 5 hektar da taxıl əkmişəm. Əkinisubasıb…”

Masallı rayonun su-kanal idarəsinin məsul şəxslərindən iradlara münasibət almaq mümkün olmayıb. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bu barədə məlumatlarının olduğunu deyib: “Təklə kəndinin əkin sahəsi Cəlilabad rayonu ilə qonşudur. Çay da Cəlilabad ərazisindən gəlir.Orada su anbarı var, dolanda suyunu buraxırlar çaya. Cəlilabadda güclü yağış yağıb, anbarın suyunu buraxıblar. Nəticədə Təklə kəndindəki örüş yerləri və 20 hektar taxıl sahəsi su altında qalıb.Yaxşıdı ki, su kəndə girməyib. Hazırda orda komissiya işləyir. Dəymiş zərər aktlaşdırılacaq və Fövqəladə Hallar Nazirliyinə göndəriləcək. Kartof sahələrinə ziyan dəyməyib”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay